Tanınmış futbol adamları AFFA-nın keçirdiyi imtahandan kəsildi

AFFA-da 2021/2022 mövsümü başlamamışdan əvvəl AFFA nümayəndələri və hakim-inspektorlər üçün imtahan keçirilib.

Newsport.az-ın məlumatına görə, imtahandan kəsilənlər az olmayıb. Matçlara hakim-inspektor kimi yollanan Əmrah İbrahimovun göstəricisi mənfi olub. 

AFFA nümayəndələri arasında mənfi göstəricisi olanlar daha çoxdu. Belə ki, Kərim Ağayev, Asif Əliyev, Maşallah Əhmədov, Elman Musayev yeni mövsüm üçün nəzərdə tutulan imtahandan keçə bilməyib. Belə ki, onlar verilən 10 sualdan 7-nə cavab verməli olduqları təqdirdə, cəmi 6 suala cavab yaza biliblər. 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right