Bu gün İtaliyanın Kataniya şəhərində çimərlik futbolu üzrə Euro Winners Cup turnirində pley-off mərhələsinə yekun vurulub.Azərbaycanı bu turnirdə təmsil edən "Amrahbank" da pley-off mərhələsində İspaniyanın "Bala Azul" klubu ilə üz-üzə gəlib.
Bankirlərin drektoru Rüfət Hüseynovun Newsport.az-a verdiyi məlumata görə,Təmsilçimiz pley-off mərhələsində ispanlara 9-5 hesabıyla qalib gəlib.
"Amrahbank" Azərbaycanın çimərlik futbol tarixində ilkə imza ataraq turnirin 1/4 mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Azərbaycan klubu qrup mərhələsində Rusiya "Lokomotiv"inə uduzsa da (0:5), ardından Fransanın "Monpelye" (6:5),Rumıniyan "Konstanta"(10:8) komandasına qalib gəlmişdi.