Tahir Gözəl: "Qarabağ" üçün möhtəşəm il oldu"

Ağdamın "Qarabağ" klubunun ölkə çempionatının, həm də kubokun qalibi olması münasibətilə klubun bazasında tədbir keçirməsi barədə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl də mərasimdə fikirlərini bölüşüb:
"Qarabağ" üçün möhtəşəm il oldu. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdı. Hər şeyə görə klubun prezidenti Abdulbari Gözələ borcluyuq. "Qarabağ"ın adını təmiz saxlamalıyıq. Avropada da bizi belə tanımalıdırlar. Komandanın uğurlarına görə bütün türk dünyasını təbrik edirəm. Abdulbari Gözəl "Qarabağ"ı mənə tapşırdı. Mən də çalışdım ki, "Qarabağ" təmiz adla uğur qazansın. Qurban Qurbanovun komandamıza gəlişindən sonra isə hər şey daha yaxşı oldu. Q.Qurbanov ən əsası bir insan kimi qəlbimizə yol tapdı".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right