Ölkə kubokunun "Neftçi" ilə final oyunundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın etdiyi hərəkət qarşı tərəfin xoşuna gəlməyib.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu rəqib oyunçulardan biri ilə formasını dəyişdikdən sonra, "ağ-qara" formanı şortunun ön hissəsinə keçirdib.
Bu isə "Neftçi" azarkeşlərinin narazılığına səbəb olub. Foto yayıldıqdan sonra fanatlar sosial şəbəkələrdə Almeydanın ünvanına təhqirlər işlətməyə başlayıblar.