Aqil Məmmədov: "Qarabağ" qələbəyə layiq idi" MÜSAHİBƏ

"Neftçi"nin qapıçısı Aqil Məmmədovun Newsport.az-a  müsahibəsi

- Kubokun finalındakı məğlubiyyətlə bağlı nə deyə bilərsən?

- "Qarabağ"ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, "Qarabağ" da, "Neftçi" də Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək. Amma biz orada belə oyunla oynamamalıyıq.

- Sizə bu oyunda layiqli mübarizə aparmağa nə mane oldu ki?

- Bizim oyunumuz qətiyyən alınmadı. Belə rəqibə qarşı layiqli mübarizə aparmaq üçün gərək öz oyununu ortaya qoyasan. Bu isə bizdə alınmadı.

- Demək olar ki, erkən qol "Neftçi"ni "sındırdı"?

- Deməzdim ki, məhz bu qol oyunda dönüş nöqtəsi oldu. Amma təbii ki, təsirsiz də ötüşmədi. "Qarabağ" qələbəyə layiq idi.

- Rəqib azarkeşlər sizin oyundan öncəki açıqlamalarınızı ələ salıb gülürdülər...

- Azarkeşlər istədiklərini edə, deyə bilərlər. Bunda ciddi bir şey görmürəm.

- Mövsümü titulsuz başa vurdunuz...

- Bizim bəzi problemlərimiz var idi. Bu problemlərin öhdəsindən gələ bilmədiyimizə görə, heç nə edə bilmədik. Amma ən azından Avropa Liqasına vəsiqə qazana bildik.

- Bu "Neftçi"dən Avropa Liqasında gözləyək?

- Bu oyunla heç nə. Amma dəyişikliklər olacaq. Ona görə zamanla hər şeyin daha yaxşı olacağını düşünürəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right