Bu gün İtaliyanın Kataniya şəhərində çimərlik futbolu üzrə Euro Winners Cup turnirində qrup mərhələsinə yekun vurulub.
Bankirlərin drektoru Rüfət Hüseynovun Newsport.az-a verdiyi məlumata görə, Azərbaycanı bu turnirdə təmsil edən "Amrahbank" da qrupdakı son oyununa çıxıb.
Təmsilçimiz bu dəfə Rumıniyan "Konstanta"sı ilə qarşılaşıb. 10:8 hesabıyla qalib gələn "Amrahbank" Azərbaycanın futbol tarixində ilkə imza ataraq turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Azərbaycan klubu ilk turda Rusiya "Lokomotiv"inə uduzsa da (0:5), ardından Fransanın "Monpelye" (6:5) komandasına qalib gəlmişdi.