Millimiz Gürcüstana qalib gəldi

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görəi, yığmamız “Dalğa Arena”da  gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.

 

Komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right