"Qarabağ"ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcun Türkiyə macərası başlamadan bitə bilər.
Newsport.az-ın məlumatına görə, buna səbəb futbolçu ilə onun xidmətində maraqlı olan "Göztəpə" rəhbərliyinin pul məsələsində ortaq məxrəcə gələ bilməməsidi.
Türkiyə mətbuatının iddiasına görə, İzmirə dəvət olunan Cor qarşı tərəfdən illik 400 min avro istəyib. Bu isə türk klubunun ürəyincə olmayıb. Çünki onlar Leroya cəmi 275 min avro təklif ediblər.
Belədə razılaşa bilməyən tərəflərin qarşıdakı günlərdə yenidən bir araya gələcəyi söylənilir.