Bəxtiyar Soltanov "Kəpəz"də!

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Bəxtiyar Soltanovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu növbəti mövsümdə də Premyer Liqada oynayacaq.

Belə ki, Soltanov elitaya yüksələn "Kəpəz"ə keçib. Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb. Bəxtiyar Gəncə təmsilçisi ilə 1 illik sazişə qol çəkib.

2012-13 mövsümünü “Kəpəz”də keçirmiş Soltanov bundan əlavə, “Bakı”, “Qarabağ” və “Araz Naxçıvan” klublarının da formasını geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right