"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu RƏSMİ

"Xəzər Lənkəran"ın baş məşqçi postunda növbəti dəfə dəyişiklik edilib.

Newsport.az-a klubdan verilən məlumata görə, Cənub təmsilçisi bol qalmış posta klubun idman direktoru Yunis Hüseynovu gətirib.

Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, yenidən əvəzedici komandanı zirvələrə daşımaq üçün çalışacaq.

Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, Lənkəran klubunun ilk dəfə Avroliqada mərhələ adlamasında böyük pay sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right