Araz Abdullayevdən etiraf: "Bacardığımız bu idi" MÜSAHİBƏ

"Neftçi"nin kapitanı Araz Abdullayevin Newsport.az saytına müsahibəsi

- Finalda məğluib olmaqla titulsuz qaldız. Oyunla bağlıı nə deyərdin?
- Bu oyuna qələbə üçün çıxmışdıq. Kuboku qazanmaq istəyirdik. Amma bu mövsümü titulsuz başa vurmalı olduq. Alınmadı.

- Kuboku qazanmağınıza nə mane oldu?
- Ağır oyun oldu. Vuruşduq, mübarizə apardıq. Amma görünür, qismət deyilmiş.

- Sizə elə gəlmir ki, "Neftçi" artıq birinci hissədən sonra məğlubiyyətlə barışmışdı?
- Xeyr, elə deyildi. İki qol buraxsaq da, mübarizəmizi sonadək davam etdirdik. Sadəcə, biz ilk yarıda iki qol buraxacağımızı gözləmirdik. Bu, planlarımıza daxil deyildi.

- Fərqi azaltdıqdan sonra  oyunda dönüş yaradacağınıza inandınız?
- Əlbəttə. Çünki hücumlarımızı davam etdirirdik. Başa düşürəm ki, hücumlar o qədər də kəsərli olmurdu. Amma bacardığımız bu oldu.

- Avrokuboklardan nə gözləyirsiniz?
- İndi bir qədər istirahət etmək lazımdır. Çox istərdim ki, komandamız daha çox mərhələ adlasın. Azərbaycanın bütün təmsilçilərinə avrokuboklarda uğurlar arzulayıram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right