FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb- Millimiz irəlilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Millimiz 272 xalla  115-ci pillədə qərarlaşıb.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur.
Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right