Tahir Gözəl: "Motivasiyamız yüksək idi"

“Oyundan öncə həyəcanlı idik. Hesabda 2:0 öndə olandan sonra bir qol buraxdıq. Bu bizim həyəcanımızı çoxaltdı. Fikrimcə, əla oyun oldu. Qurban Qurbanov başda olmaqla bütün komandamızı təbrik edirəm”.

Newsport.az-ın məlumatına görə,bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi qələbəni belə şərh edib: “Bu oyuna yaxşı hazırlaşmışdıq. 1993-cü ildə biz kubokunu Ağasəlim Mircavadovun rəhbərliyi ilə qazanmışıq. Eyni uğuru Qurban Qurbanovla – azərbaycanlı məşqçi ilə təkrarladıq. Bununla qürur duyuram. Motivasiyamız yüksək idi. Bundan sonra Çempionlar Liqasına hazırlaşacağıq. Komandadakı dəyişikliklərə isə Qurban Qurbanov cavabdehdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right