"Neftçi"nin sabiq oyunçusu İlham Məmmədov Newsport.az-a müsahibə verib:
- 1996-cı ildəki oyun yadınıza düşdümü?
- Əlbəttə, oyun yaxşı keçdi. 1996-cı illər gözümün qabağına gəldi. Əsas məqsəd elə həmin vaxtı birlikdə oynadığım uşaqları bir yerdə görmək idi. Onları da gördüm, çox şad oldum.
- Sizə dəvət hardan gəldi?
- Dəvət elə AFFA-dan gəlmişdi. Mənə zəng etdilər, buna görə çox sevindim. Sözün düzü heç gözləmirdim bu ür təklifi.
- Keçmiş komanda yoldaşlarınız çoxmu qocalıb?
- Məncə, heç biri qoca deyil(gülür)Bir az saçları ağarıb(vəssalam).
- Anlaşma istənilən səviyyədə idi?
- Anlaşma elə həminki kimiydi.
- Sizcə komanda yoldaşlarınızın saçını ağardan Azərbaycan futbolunun ugünki günüdü?
- Yox, mən elə deməzdim. Bəlkə də hansısa vitamin çatışmır(gülür).
- Azərbaycanda axırıncı dəfə nə vaxt olmuşduz?
- Qışda gəlmişdim. Babam rəhməyə getmişdi deyə, gəlmişdim.
- Almaniyada nə işlə məşğul olursuz?
- Futboldan tam ayrılmışam. Əvvəl bir az futbolda işlədim, sonra tamam ayrıldım. İndi balaca firmamız var, yoldaşımla birlikdə işləyirəm. Üç də işçimiz var.
- Hansı şəhərdə qalırsız?
- Bilefelddə.
- Azərbaycan futbolunu izləyə bilirsiz?
- Ancaq ki, internet portallarından.
- Millimiz Avstiryaya yollanıb. Almaniya da Avstriyaya yaxın bölgədi. Ora getməyi planlaşdırırsız?
- Bilmirəm vallah. Söz verə bilməyəcəm.
- Kubokun finalı haqda hansı fikirdəsiz?
- Məndən inciməsinlər, ancaq mən “Neftçi”nin qalib gəlməsini istəyərdim. Hər iki komandaya da uğurlar arzu edirəm. Finala kimi gəliblər, əziyyət çəkiblər.
- "Qarabağ”ı hansısa oyunda izləmisiz?
- Keçən il izləmişdim “Qarabağ”ı, çox yaxşı təsir bağışlamışdılar. Qurban Qurbanovla fəxr edirəm, bizim adımızı ucaldır. Futbolçu dövründə də Qurban hər zaman öz üzərində işləyib.