“Sabah”ın Gürcüstanda son sınağı

İyulun 15-dən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirəcək. Newsport.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşacaq.
 
Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunacaq. Qalib komandaya xatirə kuboku təqdim ediləcək. Matç saat 18:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.
 
“Sabah” Tiflis toplanışı çərçivəsində daha öncə “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.
 
Yoxlama oyunu
28 iyul
 
18:00. Sabah – Saburtalo




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right