Arif Əsədov: "Heyətdə bəzi problemlər var"

"Çempionatda minimum nəticənin öhdəsindən gəldik. İstəyirik ki, kuboku da qazanaq. Kubok oyunu fiziki durumdan asılıdı".

Bu sözləri newsport.com-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.

Paytaxt klubunun çalışdırıcısı kubokun finalında sabah qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışarkən daha sonra sözlərinə belə davam edib:

"Heyətdə bəzi problemlər var. Həkimlər çalışır ki, zədəliləri sabahkı matça qədər yetişdirsin".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right