Ramin Musayev: "Qəbələ" bizdən daha çox çalışır"

"Qəbələ"yə, klub rəhbərliyinə, bütün işçilərinə təşəkkürümü bildirmək istərdim. Burada təşkilatçılıq baxımından heç bir problemlə üzləşmədik. "Qəbələ" bizdən daha çox çalışır. Sabahkı finalda isə ən güclü qalib gəlsin. Çünki bu, avrokuboklar öncəsi sonuncu rəsmi oyun olacaq".

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sabah Qəbələdə "Qarabağ"la "Neftçi" arasında keçiriləcək ölkə kubokunun final matçı öncəsi fikirlərini açıqlayarkən deyib.

Qurum başçısıPSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin Azərbaycana səfərinə də zarafatyana münasibət bildirib: "Zlatan? O kimdir ki? Bizdə elə futbolçu yoxdur. O, heç kubokun finalına bilet də almayıb".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right