"Bizim üçün "Neftçi"nin son oyunlarda necə çıxış etməsinin heç bir əhəmiyyəti yoxdur"

Ölkəkubokunun finalında sabah "Neftçi"ylə qarşılaşacaq "Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem qarşılaşma barədə danışıb.

Newsport.az saytına açıqlamasında Muarem final oyunu barədə belə danışıb:

"Final oyunu bir qarşılaşmadır. Buna görə də, əhəmiyyəti tam fərqlidir. Çünki istənilən səhv komandaya kubok bahasına başa gələ bilər. Bizim üçün "Neftçi"nin son oyunlarda necə çıxış etməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki final oyunu digər qarşılaşmalara bənzəməz. Bizdə hazırlıq səviyyəsi çox yüksək səviyyədədir. Çempion olmuşuq və hazırda bütün diqqətimizi ancaq kuboku qazanmağa yönəltmişik. İnanıram ki, belə də olacaq. Biz kuboku qazanacağımıza inanırıq". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right