"Turan Tovuz"un prezidenti istefa verdi

"Turan" klubunun prezidenti Namiq Məstanov komandadan uzaqlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, Tovuzun əzəli "Turan" klubunun iflası üzərinə bu komandanın bazasında "Turan Tovuz" adlı komanda yaradan Məstanovun bu işi də düz gətirməyib. Aldığımız məlumata görə, yuxarıdan bu barədə göstəriş gəlib. Məstanovun klubun daxilində hansısa hərəkəti lap yuxarılara qədər gedib çıxıb. Nəticədə onun bu hərəkəti qiymətləndirilib və onun klubdan göndərilməsinə qərar verilib. Yəni Məstanov öz istəyiylə yox, yuxarıdan gələn göstərişə görə "Turan Tovuz"dan ayrılıb.

Hazırda "Turan Tovuz"un Premyer Liqaya yüksəldilməsi üçün işlər gedir. Millət Vəkili Qənirə Paşayeva bu yöndə çalışmalarını davam etdirir və böyük ehtimalla, yeni mövsümdə "Turan Tovuz"u da Premyer Liqada görə biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right