Romen Bask: "Klubsuz qalmaq riskim var idi, "Neftçi"yə keçməyə qərar verdim"

"Neftçi"nin yeni transferi Romen Bask ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Fransa mediasına danışan Bask, "Havr"dan gedişindən və "Neftçi"yə keçidindən söz açıb:

"Düzünü desəm, "Havr"dan ayrılmaq planım yox idi. Ötən mövsüm yeni müqavilə barədə də razılaşmışdıq. Klubun baş meneceri Pyer Vantieslə görüşdüm və o, mənə pandemiya ilə əlaqədar böhran olduğunu bildirdi. Yeni müqavilə imzalamaq üçün bir müddət gözləmək lazım olduğunu da dedi. Ondan sonra xəbər çıxmadı. Məşqlərimi bərpa etdikdən sonra, menecerlə danışdım və anladım ki, müqavilə uzatmanın klub üçün əhəmiyyətli olmadığını başa düşdüm. 

Ona görə də “Neftçi”dən təklif gələndə düşünməyə başladım. Baş məşqçi ilə danışdım. Çünki onun mənimlə bağlı planlarını bilmək istəyirdim. Yaxın zamanlarda ilk uşağımız dünyaya gələcək. Fransız klublarının isə böhran içində olduğunu bilirik. Hiss etdim ki, klub mənə 100 faiz etibar etmir. Yeni mövsüm klubsuz qalmaq riskim var idi. Düşündüm və "Neftçi"yə keçmək qərarını verdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right