“Sabah” “Şukura” ilə oyuna hazırlığı başa vurdu

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsüm üçün hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda axşam saatlarında növbəti məşqinə çıxıb.

“Zestafoni” təlim-məşq bazasında keçirilən məşqdə futbolçular topla müxtəlif təmrinləri yerinə yetirib, taktiki planda hazırlıq keçiblər.

Bu gün komanda Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. “Ağ-göylər” yerli “Şukura”nı (Kobuleti) sınağa çəkəcək. Görüş “Zestafoni” təlim-məşq bazasında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right