AFFA-dan "Simurq"a növbəti zərbə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, İK Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 36-cı turunun baş tutmayan “Xəzər Lənkəran” – “Simurq” matçı ilə bağlı qərarını açıqlayıb. 

"Simurq" "Xəzər Lənkəran"la görüşdə iştirak etmədiyinə görə Zaqatala təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimələnib.

 Bundan başqa, "Sumqayıt” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right