“Hisslərimi sözlə ifadə etmək çətindir” Mahir Emreli

“Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Bodo Qlimt”lə (Norveç) cavab matçından (2:0, ilk oyun 3:2) sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, sözügedən görüşdə ilk qolun ötürməsini verən Emreli, “İnstagram” hesabında etdiyi paylaşımla azarkeşlərə təşəkkür edib:

“Hisslərimi sözlə ifadə etmək çətindir. Dünən möhtəşəm bir matç oldu. Bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Hər zaman sona qədər mübarizə aparıb yaxşı çalışsaq, bunun bəhrəsini görəcəyimizi bilirik. Növbəti mərhələdə görüşərik”.

“Legiya” növbəti mərhələdə Estoniyanın “Flora” klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right