“Olimpiakos” – “Neftçi” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının 2-ci mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Neftçi” matçının təyinatları açıqlanıb. Newsport.az xəbər verir ki, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
 
Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək. UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.
 
Bu komandalar arasında cavab matçı iyulun 28-i 8-ci km stadionunda keçiriləcək və saat 21:00 start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right