Nazarovun komandası "Hamburq"a qarşı

Bu gün növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək son komandanın adına aydınlıq gələcək.

Newsport.az-ın məlumatına görə, son vəsiqə uğurunda"Karlsrue" və "Hamburq" klubları üz-üzə gələcək.

Milli komandamızın şərəfini qoruyan Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 bərabərə qalıb. Qolsuz heç-heçə belə meydan sahiblərinə vəsiqəni qazanmaq baxımından kifayət edə bilər.

Qeyd edək ki, "Karlsrue" - "Hamburq" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right