“Qəbələ”də yeni baş məşqçi ÖZƏL

Luis Araqonla yollarını ayıran “Qəbələ” əvəzedici heyətin baş məşqçi postuna yerli mütəxəssisi gətirib.

Newsport.az-a klubdan verilən məlumata görə, bölgə təmsilçisi qarşıdakı mövsümdən “dubl”u Ramin Quliyevə həvalə edib. 2010/2011 mövsümündə “Qəbələ” futbolçu kimi çıxış edən Quliyev 2013-cü ildə U-13, bir il sonra isə U-17 komandasının baş məşqçisi təyin edilib. Onun təyinatı klub tərəfindən hələ təsdiqlənməsə də, “Qəbələ” rəhbərliyi “dubl”da məhz onun çalışmasını istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right