"Kəpəz”in veteran futbolçusu: " Müşahidə Şurasının tərkibinə baxanda..."

"Kəpəz” klubunun yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcəyiylə bağlı xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, bununla bağlı "Kəpəz”in veteran futbolçusu Xəyal Zeynalov saytımıza açıqlama 
verib:

"Kəpəz”in Premyer Liqaya qayıtması bütün gəncəlilər və klub azarkeşləri kimi məni də sevindirir. Digər tərəfdən isə "Gənc Qapıçılar” klubunda hazırladığımız tələbələrin "Kəpəz”in aşağı yaş qruplu komandalarında oynayacağı üçün sevinirəm. Başqa klublarla danışıqları dayandırcağıq və ancaq Gəncə futbolu üçün çalışacağıq. Artıq "Kəpəz” haqda düşünmək və bütü diqqətləri bu komandanın uğur qazanmasına yönəltmək lazımdır. Klubun Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasının tərkibinə baxanda gələcəy ümidlə baxmağa əsas yaranır. Buna görə komandanın daha da böyüyəcəyinə və uğur qazanacağına inanıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right