"Neftçi"də kubok finalı öncəsi ciddi itgi

"Neftçi"nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan kubokunun final oyununda iştirak edə bilməyəcək.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.

Bu gün Braziliyaya yola düşəcək Flavinyo, "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" iyunun 3-ü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right