“Gürcüstan klublarının avrokuboklarda mərhələ adlamaq perspektivi yüksəkdir”. Newsport.az xəbər verir ki, bunu Tbilisi “Lokomotiv”inin baş məşqçisi Giorgi Çiabrişvili deyib.
Ölkəsinin mətbuatına açıqlamasında klublarının Avropa arenasındakı şanslarını dəyərləndirən çalışdırıcı Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Tbilisi “Dinamo”su barədə də fikir bildirib:
“Digərləri ilə müqayisədə püşkatmada “Dinamo”nun bəxti gətirmədi. Təmsilçimiz olduqca güclü rəqiblə düşüb. Ancaq Azərbaycan çempionu ilə şanslar yenə yarı yarıyadır”.
“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyunun 7-də Tbilisidə, cavab görüşü isə 14-də Bakıda keçiriləcək.