"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri

Ölkəmizi UEFA Çmepionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 17 potensial rəqibindən 15-i bəlli olub.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun potensial rəqibləri arasında Bosniya və Hersoqovina və Çernaqoriya çempionları yer alacaqlar. Ancaq hazırda həmin ölkələrdə çempion bəlli deyil. 

Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən qoşulacaq "Qarabağ"ın 15 potensial rəqibi isə aşağıdakılardı:

UEFA Çempionlar Liqası

Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorest" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya), "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Videoton" (Macarıstan), "Şkenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya").

Səpələnməmişlər: "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Sloveniya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), Bosniya və Herseqovina çempionu ("Sarayevo" və ya "Jelezniçar"), Çernoqoriya çempionu ("Rudar" və ya "Sutyeska"), birinci təsnifat mərhələsinin 4 qalibi.

İkinci təsnifat mərhələsində ilk oyunlar iyulun 14-15-i, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right