Qurban Qurbanov: “Qalan iş "Neftçi"nin öz üzərinə düşəcək”

“Digər komandalar haqqında onların baş məşqçiləri məlumat verib. Mən o qədər də maraqlanmamışam”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur.

O, “Digər 3 Azərbaycan klubunun avrokuboklarda şanslarını necə dəyərləndirirsiz: "Neftçi" Çempionlar Liqasında "Dinamo" (Tfilisi) keçə bilərmi” sualını bu cür cavablanıdırıb:

“Hər birinə uğurlar arzulayıram. İstəyərdik ki, komandalarımız qalib gəlsinlər və reytinq xallarımızı yaxşılaşdırsınlar.

Bu, ölkə futbolu üçün çox önəmlidir. Hər bir qələbə reytinqin qalxmasına təkan verir.

Mən də istəyirəm ki, "Neftçi" qalib gəlsin. Qalan iş "Neftçi"nin öz üzərinə düşəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right