"Qarabağ"ın legioneri milliyə çağırıldı

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem milli komandaya dəvət alıb.

Newsport.az-ın məlumatına görə, ölkə yığmasının baş məşqçisi Lyubinko Druloviçin dəvət göndərdiyi 23 futbolçu arasında Ağdam klubunun üzvünün də adı var.

Makedoniya millisi "Avro-2016"nın seçmə mərhələsində gələn ay Slovakiya ilə qarşılaşacaq.

C qrupunda mübarizə aparan komanda 5 turdan sonra 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. L.Druloviçin yetirmələri iyunun 14-də seçmə mərhələnin 6-cı turunda səfərdə Slovakiyanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right