Viktor Mendi ilə yanaşı, "Qəbələ" daha bir əcnəbisi ilə vidalaşıb.
Newsport.az-ın məlumatına görə, söhbət əvəzedici komandanın baş məşqçisi Luis Araqondan gedir.
İspan mütəxəssis mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmamaq qərarına gəlib. Məlumatı saytımıza açıqlamasında Araqon özü də təsdiqləyib:
"Bəli, bu, mənim "Qəbələ"də sonuncu mövsümüm idi. Artıq İspaniyadayam. Orda keçirdiyim günləri heç vaxt unutmayacam. Azərbaycanda işləmək mənim üçün şərəf idi. Gözəl ölkədə yaxşı insanlarla çalışmaqdan məmnun oldum".
Araqon 2012-ci ilin yayına əvəzedici komandaya baş məşqçi təyin olunmuşdu.