"Əsas olan "Dinamo" ilə matçdır"

“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov Sloveniyanın “Domjale” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra görüş haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, o, “Neftçi TV”yə açıqlamasında deyib:
 
“Yoxlama oyunu olsa da, qələbə qazanmaq istəyirdik. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tiflisdəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.
 
Qeyd edək ki, “Neftçi” iyulun 7-də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı isə iyulun 14-də Bakıda olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right