Dövlət başçısı “Qəbələ”nin prezidentini 2 medalla təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Newsport.az saytının məlumatına görə, təltif olunanlar arasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

F.Nəcəfov “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Fariz Nəcəfov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah