Bu gün keçirilən “Qəbələ” – “Bakı” oyunundan (3:0) sonra maraqlı hadisə yaşanıb.
Newsport.az-ın məlumatına görə, bürünc mükafat qazanan "Qəbələ"nin futbolçusu Ekiqo Ehiosun yaşıl meydançada sevgilisinə evlilik təklifi edib.
Onun bu hərəkəti azarkeşlər və komanda yoldaşları tərəfindən alqışlarla qarşılanıb.