"Vəzifənin öhdəsindən gəldik" – Elbrus Məmmədov

“Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik".

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda "Simurq"la qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.

O qeyd edib ki,  Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması onları sevindirib:

"Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right