Arif Əsədov: "Çətinlikləri geridə qoymağa çalışacağıq"

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda AZAL-la bərabərə qaldıqları matçdan (1:1) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o deyib ki, son vaxtlar yaxşı nəticə qazanmamaqlarının səbəbləri var: 

Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri geridə qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right