Premyer Liqanın bombardiri mükafatlandırıldı

Premyer Liqanın 2014/2015 mövsümünün bombardiri “Bakı”nın hücumçusu Nurlan Novruzov olub.

Newsport.az-ın məlumatına görə, başa çatan mövsümdə hamıdan çox – 15 dəfə rəqib qapılarına yol tapan gənc hücumçu az öncə yekunlaşan “Qəbələ” – “Bakı” (3-0) matçının ardından mükafatına qovuşub.

Bəstəboy bombardirə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Musayev gənc futbolçuya gələcək karyerasında uğurlar arzu edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right