"İnter"in məşqçisi Roman Cəfərov Azərbaycan Premyer Liqasının sonuncu-36-cı turunda "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları matçı şərh edib.
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:
“Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.