Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirində yarımfinal oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Milli Qəhrəman Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksinin stadionunda (AzFar "Gənclik" stadionu) təşkil olunmuş matçlarda əvvəlcə "Qubadlı" və "Ağdam" komandaları üz-üzə gəlib. Rəqibini 9:2 hesabı ilə məğlub edən "Qubadlı" finala vəsiqə qazanıb.
Toplardan 6-nı "Qubadlı"nın hücumçusu Xanoğlan İmanov vurub. Bununla da İmanov qollarının sayını 13-ə çatdırıb və bombardirlər siyahısında liderliyə yüksəlib.
Yarımfinalın digər oyununda isə "Zəngilan" "Füzuli"ni sınağa çəkib. "Zəngilan" hesabda 2 dəfə önə keçsə də, hesabı qoruya bilməyib. Nəticədə görüşün taleyi reqlamentə əsasən, penaltilər seriyasında həll olunub. Bu zaman daha dəqiq olan "Füzuli" komandası 3:1 hesablı qələbə qazanaraq, digər finalçı olub.
"Qarabağ Azərbaycandır!"
19 iyun
"Qubadlı" - "Ağdam" - 9:2 (Birinci hissə - 4:0)
Qollar: Mirbağırağa Cəfəri, 6; Xanoğlan İmanov, 11; 18; 23; 25; 28; 31; Etibar Tağıyev, 13; Anar Hacı, 37 - Gündüz Abbaszadə, 38; Firuz Abdulla, 40
Baş hakim: Ramil Namazov
"Zəngilan" - "Füzuli" - 2:2 (Birinci hissə - 1:1; Penaltilərlə - 1:3)
Qollar: Rəşad Baxşəliyev, 2; Atəş Sultanov, 31 - Vüsal Yalçınoğlu, 14; Babək Cahandarov, 40
Penaltilər seriyasında qollar: Rəşad Baxşəliyev - Babək Cahandarov,
Şəfail Baxşıyev, Elvin Rüstəmov
Penaltiləri dəqiq yerinə yetirə bilməyənlər: Nurşən Quliyev, Atəş Sultanov, Mahir Süleymanov
Sarı vərəqələr: Xalid Ağəliyev, 39 - Səxavət Qurbanov, 28 (hər ikisi qeyri-idman hərəkəti)
Bombardirlər: Xanoğlan İmanov ("Qubadlı") - 13, Xalid Ağəliyev ("Zəngilan") - 10, Gündüz Abbaszadə ("Ağdam"), Elvin Əhəd ("Laçın") - hər ikisi 8 qol.
Qeyd edək ki, final oyunu və 3-cü yer uğrunda matç 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə eyni arenada olacaq:
26 iyun
3-cü yer uğrunda oyun
12:00. "Ağdam" - "Zəngilan"
FİNAL
13:00. "Qubadlı" - "Füzuli"
14:00. Mükafatlandırma mərasimi və bağlanış