Qurban Qurbanov haqda film çəkilib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda film çəkilib.

Newsport.az-a klubdan verilən məlumata görə, Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli tərəfindən çəkilmiş filmdə Qurban Qurbanovun məşqçi kimi Azərbaycanda, eləcə də Avropada qazandığı uğurlardan bəhs olunub. 

Sabah filmin təqdimat mərasimi keçiriləcək. Tədbirdə "Qarabağ" klubunun rəhbərliyi, ölkə çempionu olmuş "Qarabağ" komandası, Azərbaycan Premyer Liqa klublarının funksionerləri, AFFA və PFL rəhbərliyi iştirak edəcək.

Qeyd edək ki, "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında ardıcıl iki dəfə Azərbaycan Premyer Liqasının qalibi olmaqla yanaşı, ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right