“Neftçi” müdafiəçi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.
Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlayıb.