Bildiyiniz kimi, iyunun 3-də Azərbaycan kubokunun finalında “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcəklər.
Newsport.az-ın məlumatına görə, Qəbələdə keçiriləcək oyuna görə ajiotaj böyük olmasa da, artıq indidən iki tərəf arasında olan əzəli rəqabət özünü göstərməkdədir. İş ondadır ki, bu rəqabət də normal şəkildə aparılmır. Yəni sağlam və mədəni çərçivədə deyil. Məsələ ondadır ki, “Neftçi” rəsmisi “Qarabağ”ı açıq-aşkar təhqir edib. Belə ki, klubun mətbuat xidmətinin əməkdaşı olan Çingiz Həsənov sosial şəbəkədə komandanın zədəli futbolçusu Flavinyoyla çəkdirdiyi şəkili paylaşaraq çox xoşagəlməz ifadələr işlədib:
Fotonun üst hissəsində rusca yazılan sözlərdə də bu öz əksin tapır: “Kapitan Flavinyo zədəsini sağaldıb, finalda iy... bir komandanın da...ı dağıtmağa söz verdi”.
Göründüyü kimi, “Neftçi” rəsmisi peşəkarlığa sığmayan hərəkətə yol verərək Ağdamın “Qarabağ” klubunu təhqir edib.