Azərbaycan birinci divizionunda 2014/2015 mövsümünə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, çempionluğu rəsmiləşdirən "Neftçala" sonuncu-30-cu turda doğma meydanda "Qaradağ Lökbatan"la qarşılaşıb və 4:5 hesabı ilə uduzub.
Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. Son turda qalib gələn “Ağsu” və “Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb. Beləliklə, bu göstəriciyə görə “Ağsu” “Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.
27 may
Birinci divizion, sonuncu-30-cu tur
“Göyəzən” - “Kəpəz” - 0:3
Qollar: Arzuman Nəsibov, 63 (0:1), Ziyabil Məmmədov, 76 (0:2), 80 (0:3)
“Rəvan” - “Şahdağ” - 1:0
Qol: Əli Bağırov, 3 (1:0)
“Neftçala” - “Qaradağ Lökbatan” - 4:5
Qollar: Aqşin Həşimov, 6 (1:0) 10 (2:0), Rüfət Məmmədov, 26 (1:2), Sabir Allahquliyev, 51 (2:2), Vurğun Həsənzadə, 53 (3:2), Vaqif Güləliyev, 56 (4:2), Sabir Allahquliyev, 74 (4:3), 85 (4:4), Məlikməmməd Abbasov, 78 (4:5)
MOİK - “Şəmkir” - 1:2
Qollar: Röyal Nəcəfov, 27 (1:0), Azər Məmmədov, 50 (1:1), Anar Rzayev, 67 (1:2)
“Turan Tovuz” - “Energetik” - 5:0
Qollar: Tuqay Alhüseynli, 5 (1:0), 8 (2:0), 10 (3:0), 57 (4:0, 79 (5:0)
“Şuşa Qarabağ” - “Ağsu” - 1:2
Qollar: Elvin İsmayılov, 5 (1:0), Qalib Əmrahov, 53 (1:1), 61 (1:2)
“Ağsu” - “Mil Muğan” - 5:1
Qollar: Besik Çimakadze, 9 (1:0), Ruhid Usubov, 14 (1:1), Asif Mirili, 16 (2:1) Elnur Abdulov, 24 (3:1), Tural Adıgözəlov, 37 (4:1), Toğrul Bilallı, 88 (5:1)
Turnir cədvəli
Bombardirlər
İlham Allahverdiyev ("Qaradağ Lökbatan") - 21 qol
Fərmayıl Əliyev ("Neftçala") - 16 qol
Məhəmməd Alıyev ("Neftçala") - 15 qol