Millimizin rəqibi özünə rəqib tapdı

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Bolqarıstan yığması yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, İvaylo Petevin komandası iyunda Türkiyə yığması ilə qarşılaşacaq. 

Gələn ayın 8-də Türkiyədə keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Tolqa Özkalfa yerinə yetirəcək. 

Bolqarıstan seçmə mərhələ çərçivəsində iyunun 12-də səfərdə Maltanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right