"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın "Legiya" klubuna keçən Mahir Emreliyə dəstək olub.
O, bununla bağlı özünün instaqram hesabında paylaşım edib. Sadıqov sabiq komanda yoldaşının Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını yazıb:
“Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".
24 yaşlı hücumçu isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq bunları yazıb:
"Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol".
Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.