“Neftçi”nin sabiq futbolçusu dünyasını dəyişdi

Azərbaycan futboluna ağır itki üz verib. “Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov mayın 26-da dünyasını dəyişib. 

Newsport.az-ın məlumatına görə, 1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində “Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub.

“Neftçi” PFK-nın kollektivi Telman Əzizovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right