Millimizin sabiq futbolçusu yenidən Superliqa klubunun hədəfində

"Konyaspor" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Barış Ekincieri yenidən gündəminə alıb.

Newsport.az Türkiyə mətbuatına  istinadən xəbər verir ki, Konya təmsilçisi 22 yaşlı hücumçu üçün Almaniyanın "Bohum" klubuna yeni təklif göndərməyə hazırlaşır. Klubu ilə 1 illik müqaviləsi qalan oyunçunun 2-ci Bundesliqa təmsilçisindən münasib qiymətə ayrıla biləcəyi vurğulanıb.  Ekincierin transfer dəyəri 100 min avro olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə Superliqa təmsilçisi qış transfer pəncərəsində Barış Ekincieri transfer etmək istəyib, lakin keçid alınmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right