Bu gün Moldova ilə yoldaşlıq oyunu keçirən milli komandamız görüşü 10 nəfərlə başa vurub.
Newsport.az saytının məlumatına görə, yığmamızın aparıcı üzvü Bədavi Hüseynov zədələnib.
“Qarabağ”ın müdafiəçisi görüşün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. O, görüşü davam etdirə bilməyib. Əvəzetmə limiti dolan yığmamız son dəqiqələri azlıqda keçirib.
Qeyd edək ki, görüş Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.